Səbail rayonunda qəza baş verib. Bu haqda 3 sentyabr tarixində Avtosfer.az məlumat verib.
Salyan şosesində, Bibiheybət məscidinin qarşısında şəhər istiqamətində hərəkətdə olan boz rəngli avtomobilin sürücüsü məsuliyyətsizlik edərək qəflətən sola, 20-ci sahəyə doğru manevr etməyə çalışıb. Sürücü sağ tərəfdən yaxınlaşan nəqliyyat vasitəsinə əhəmiyyət verməyərək təhlükəli manevr edib və həmin avtomobilə çarpılıb.
Hadisənin görüntüləri məscidin ətrafında quraşdırılmış kameralar vasitəsilə qeydə alınıb.
Həmin ərazidə, xüsusən də 20-ci sahədə yaşayan sakinlər tərəfindən qayda pozuntularına tez-tez yol verilir. Sürücülər yolunu qısaltmaq üçün bu addımı atırlar, çünki həmin yoldan dönməsələr Su İdman Sarayının yanına qədər hərəkət etməli olurlar. Onlar yalnız oradan geriyə dönərək 20-ci sahəyə daxil ola bilərlər. Bu isə sürücülərin vaxt itkisinə səbəb olur.