Bakıda yaşlı qadını iki dəfə avtomobil vurub. Bu haqda 2 avqust tarixində APA məlumat verib.
8-ci mikrorayon ərazisində “Mercedes” markalı avtomobil 54 yaşlı Gülxar Məmmədovanı vurub. Daha sonra sürücü maşını geriyə doğru hərəkət etdirərək Məmmədovanı ikinci dəfə vurub. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.