Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən hündürmərtəbəli, yeni tikilmiş “Blue Residence” yaşayış binasında yanğın olub. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Binada yaşayış olmayıb. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.