Paytaxtın Səbail rayonu, “Sahil” metro stansiyası yaxınlığında binanın üz daşı qoparaq insanların sıx olduğu əraziyə düşüb. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Dövlət Akademik Musiqili Teatrın mətbuat katibinə istinadən xəbər verir.
Fəridə Aslanovanın sözlərinə görə, tikilinin eyvanından qopan daşlar onun bir neçə sm-liyinə düşüb.
“Hələ də əllərim əsir. Əcəl ilə mənim aramda bir neçə santimetr var idi. Öləcəkdim, 2 balam da yetim qalacaqdı,”- deyə o, əlavə edib.