Bakının Binəqədi rayonunda, Bakı-Sumqayıt yolunun Beynəlxalq Avtovağzalın yaxınlığından keçən hissəsində 22 avqust tarixində yol-nəqliyyat hadisəsi barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az xəbər verir.
Bakı şəhərinə doğru hərəkət edən “Nissan Sentra”, “Range Rover”, “Ford Transit” və “Porsche” markalı minik avtomobilləri bir-birinə çırpılıb.
İlkin məlumata görə, qəzaya səbəb sürət həddinin aşılması və nəqliyyat vasitələri arasında məsafəyə riayət edilməməsi olub. Qəza nəticəsində ölən və yaralananlar var. Onların dəqiq sayı məlum deyil. Yol-nəqliyyat hadisəsi nəticəsində tıxac yaranıb.
[caption id="attachment_63329" align="alignnone" width="800"]
Foto açıq mənbədən[/caption]