Paytaxtın Nizami rayonu, Babək prospektində baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
18 yaşlı Anar Zamanov “Honda” markalı avtomobillə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olan zaman yolu keçən 20 yaşlı Elmar Əlibəyovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı cinayət işi başlanılıb.
[caption id="attachment_69016" align="alignnone" width="1024"]
Foto Report.az saytı[/caption]