Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) yaxınlığında ara məsafəsi saxlanmadığından səkkiz avtomobil toqquşub. Nəticədə ərazidə sıxlıq yaranıb. Xəsarət alan olmayıb.
Təfərrüatlar araşdırılır.