Binəqədi rayonunda nişanlı qız itkin düşüb. Bu haqda 25 iyul tarixində Kriminalqafqaz məlumat verib.
Binəqədi sakini İ.Əsgərov polisə müraciət edərək bildirib ki, nişanlısı, 16 yaşlı A.Nəcəfova iyulun 19-dan itkin düşüb.
Əsgərov bildirib ki, həmin gün nişanlısı Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yaşayan evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırmalar başlayıb.