Bakının Sabunçu rayonunda bədbəxt hadisə nəticəsində gənc oğlan xəstəxanalıq olub. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 8 sentyabr tarixində xəbər verir.
Ramana qəsəbəsində 18 yaşlı Ramal Qəhrəmanov binanın 8-ci mərtəbəsindən yıxılaraq yerdə olan dəmir su borusunun üzərinə düşüb.
O, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrində sınıq xəsarətləri alıb.
Yaralı koma vəziyyətində xəstəxanaya yerləşdirilib.