Paytaxtın Suraxanı və Sabunçu rayonlarında 3 nəfər itkin düşüb. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sabunçu rayonu, Bilgəh qəsəbəsində 16 yaşlı İlqar Şeydabəyov 7 sentyabr tarixində yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Suraxanı rayonu, Hövsan və Əmircan qəsəbələrində isə 18 yaşlı Vüsal Mumcu və 11 yaşlı Ülvi Hacızadə itkin düşüblər.
Hər 3 şəxsin axtarışları davam edir.