Bakıda yol qəzası zamanı üç nəfərin ölümünə səbəb olan şəxsə hökm oxunub. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 30 avqust tarixində xəbər verir.
Əhməd Quliyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Firudin Əsədov 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs olunub.
Cari ilin yanvar ayında paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində paytaxt sakini Firudin Əsədovun sükan arxasında olduğu “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili idarəetmədən çıxaraq Elşən Eyvazovun idarə etdiyi "VAZ-2109" markalı avtomobili ilə toqquşub.
Nəticədə sürücü E.Eyvazov, sərnişinləri - 35 yaşlı Xanəhməd Eyvazov və 50 yaşlı Zaur Həsənov hadisə yerində ölüblər.