Bakıda evə külli miqdarda ziyan vuraraq oğurluq edən şəxslər polis tərəfindən tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 8 avqust tarixində xəbər verir.
Paytaxtın Binəqədi rayonunda evlərin birindən 50.000 manat dəyərində qapılar, pəncərələr, elektrik naqili, məhəccər və kafellər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri V.Əliyev və T.Səfərov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.