Bakının Binəqədi rayonu, Novxanı bağları sahəsində 4 iyul, axşam saat 21:00 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Yardımlı rayon sakini A.Kərimovun idarə etdiyi “Lada Priora” və Şirvan şəhər sakini Eyvaz Seyfullayevin idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində Seyfullayev yerində dünyasını dəyişib, 3 nəfər isə - “QAZ”da olan iki sərnişin və digər avtomobilin sürücüsü - xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdıma aparılır.