Bakının Binəqədi rayonu, Şamaxı şosesində yol qəzası zamanı ikisi uşaq olmaqla bir ailənin dörd üzvü vurulub. Bu haqda bu gün, 1 avqust tarixində APA məlumat verib.
Yolun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində 41 yaşlı Ceyhun Abdulxalıqov, onun həyat yoldaşı, 34 yaşlı Suğra Abdulxalıqova, övladları - 13 yaşlı Fatimə və 11 yaşlı Yusif Abdulxalıqovları “Toyota” markalı avtomobil vurub.
Piyadalar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata əsasən, ana və oğlunun vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.