Bakıda hədə-qorxu yolu ilə pul tələb edən şəxs polis tərəfindən saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 3 avqust tarixində xəbər verir.
Biləcəri qəsəbə sakini A.Dadaşovun videogörüntüsünü sosial şəbəkədə yayacağını bildirərək ondan 10.000 manat pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini R.Əmirov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.