Bakıda 2 intihar hadisəsi baş verib. Bu haqda BakuPlus.az Kriminalqafqaz-a istinadən bu gün, 8 iyul tarixində xəbər verir.
Ötən gün saat 10:00 radələrində 22 yaşlı S.Rəhimov özünü yaşadığı Binəqədi qəsəbəsindəki evdə asaraq həyatına son qoyub.
Oxşar hadisə Sabunçu rayonunda qeydə alınıb. Siyəzən rayon sakini, 49 yaşlı M.Kərimov özünü kirayə yaşadığı Zabrat qəsəbəsindəki evin həyətində asıb.
Hər iki faktla bağlı araşdırma aparılır.