Bakıda təmizləyici qurğulara texniki xidmətin göstərilməsi ilə bağlı xəbərdarlıqlara məhəl qoymayan ictimai iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb. Bu haqda 18 iyul tarixində BakuPlus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi və Xətai rayonları ərazisində fəaliyyət göstərən “Çıraq Palas”, “Afrodita”, “Nağıl Bağı” şadlıq saraylarından havaya normadan artıq tullantının atılması, atmosferin kanserogen maddələrlə çirkləndirilməsi müəyyən olunub.
Faktlarla bağlı protokol tərtib olunaraq cərimə tətbiq edilib.
Ölkə ərazisində monitorinq və nəzarət tədbirləri davam etdirilir.