Bakının Nərimanov rayonu, “Altus” hotelinin qarşısında pakistanlı turist qarət edilib. Bu haqda bu gün, 4 avqust tarixində Lent.az məlumat verib.
Bakıya gələn pakistan vətəndaşı Sardar Muhammad Aşbaqın pul kisəsi oğurlanıb. Pulqabıda 100 min Pakistan rupisi, 250 manat, 1500 dollar və 300 dirhəm olduğu bildirilir.
Xarici vətəndaş hadisə ilə bağlı polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır.