Bakıda iki qardaşı bıçaqlayan gəncə hökm oxunub. Bu haqda 25 avqust tarixində APA məlumat verib.
Binəqədi rayonunda iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Raqib Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Belə ki, 2021-ci ildə 17 yaşlı Raqib Məmmədov dava zamanı Şəhriyar Soltanov və onun qardaşı Bəxtiyar Soltanovu bıçaqlayıb.