Bakının Binəqədi rayonu, Xocasən qəsəbəsindəki marketlərin birində 175 manatlıq şokolad oğurlanıb. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.
Mağazaya daxil olan kişi piştaxtadan şokolad plitkalarını çantasına qoyub və enerji içkisi alaraq marketi tərk edib.
Hadisənin görüntüləri müşahidə kameralarına düşüb.