Paytaxtın Sabunçu rayonunda yerləşən Bakı İstintaq Təcridxanasına qadın heroin keçirmək istədi. Bu haqda bu gün, 3 sentyabr tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Bakı sakini Gülşən Ramazanova qohumu Məhbus Sərvan Qocayevə gətirdiyi sovqata baxış keçirilən zaman orada alt paltarının bel hissəsindəki rezinə hopdurulmuş 1,552 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.