top
Bakıda müəllimə polis şöbəsinə içkili halda gəlib
27 iyul 2022, 08:00
- ↺ +

Bakıda müəllimə polis şöbəsinə içkili halda gəlib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda polis bölməsinə sərxoş halda gələn qadın müəllim barəsində inzibati protokol tərtib edilib. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 27 iyul tarixində xəbər verir.

Bir neçə gün əvvəl “102” xidmətinə etdiyi müraciətlə bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə dəvət olunan 37 yaşlı Arzu Ağayeva (ad və soyad şərtidir) idarə etdiyi “Mazda” markalı avtomobillə sərxoş halda şöbəyə gedib və burada polislə arasında narazılıq baş verib.

Nəticədə şöbəni tərk etməyə qərar verən A.Ağayeva içkili halda həyətdəki maşını idarə edərək uzaqlaşmağa çalışıb.

Bu zaman o, maşını şöbənin pilləkəninə vuraraq oranı dağıdan müəlliməni Binəqədi DYP-nin əməkdaşları saxlayaraq geri qaytarıblar və o, alkotestdən keçirilərək sərxoşluğu rəsmiləşdirilib.

37 yaşlı müəllim barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə tabe olmama) və 511-ci (Xırda quliqanlıq) maddələri ilə protokol tərtib edərək onu məhkəməyə göndəriblər.

A.Ağayeva məhkəmə prosesi zamanı hadisəni belə təsvir edib: “Baş vermiş bu hadisədən əvvəl yaşadığım evin qarşısında tanımadığım qadın tərəfindən döyülməyimlə bağlı 102-yə məlumat vermişdim. Məlumat verdikdən sonra baş vermiş hadisənin təsirində olduğum üçün iki badə şərab içmişdim. Təxminən bir-iki saat keçdikdən sonra 4-cü Polis Şöbəsindən zəng gəldi və izahat vermək üçün şöbəyə dəvət edildim. Əvvəlcə saatın gec olduğunu bildirərək etiraz etdim, lakin polis əməkdaşı izahat vərmək üçün elə indi şöbəyə yaxınlaşmalı olduğumu bildirdi. Oğlumla birlikdə idarə etdiyim “Mazda” markalı avtomobillə 4-cü Polis Şöbəsinə getdim. Polisə izahat verərkən məndən spirtli içki qəbul edib-etmədiyimi soruşdu və bu zaman aramızda mübahisə yarandı. Polis zabiti içkidən istifadə edərək polis şöbəsinə gəlməyimi nöqsan tutdu və Yol Patrul Xidmətinin əməkdaşlarını çağırdı. Həmin polis zabiti və YPX-nin əməkdaşı olan Nicat adlı şəxs məni videoçəkiliş aparacaqları ilə qorxutdular, şöbəyə kanallardan birini dəvət edib çəkiliş aparacaqlarını dedilər. Özümü itirib otaqdan çıxdım və avtomobilə mindim. Həmin an avtomobili arxaya verərkən ehtiyatsızlıqdan şöbənin giriş pilləkənlərinə dəyərək bir neçə pilləkəni sındırdım. Bu zaman YPX əməkdaşı mənə “dayan” əmri verdi. Sərxoşluq dərəcəsini yoxlamaq üçün məni tibbi müayinəyə, avtomobili isə cərimə meydançasına apardılar”.

O, əlavə edib ki, ictimai qaydanı pozmaq, şöbənin əmlakına ziyan vurmaq fikri olmayıb.

Binəqədi Rayon Məhkəməsi A.Ağayevanın əməlində İXM-nin 535-ci maddəsinin tərkibi olmadığından həmin maddəyə xitam verib. A.Ağayeva 510-cu maddə üzrə təqsirli bilinərək ona 50 manat inzibati cərimə təyin edilib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Bu gün, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Bu gün, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Bu gün, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Bu gün, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Oxşar xəbərlər