Bakıda oğurluqla məşğul olan 2 nəfər saxlanılıb. Bu haqda 19 iyul tarixində Report məlumat verib.
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində iyulun 8-nə keçən gecə metal qəbulu məntəqələrinin birindən 1180 manat dəyərində metal və kameranın yaddaş qurğusu oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon sakini O.Əliyev və Ucar rayon sakini İ.Məmmədov saxlanılıblar.
Faktla bağlı araşdırma davam edir.