Bakının Yasamal rayonunda motosiklet yanıb. Bu haqda məlumatı bu gün, 24 iyun tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti verib.
"Zontes" markalı motosikletin yanar hissələri alışıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.