Bakıda narkotacirlər saxlanılıblar. Bu haqda 25 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nərimanov rayonunda narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Muradxanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.
Həmçinin Binəqədi rayonunda narkotik satışı ilə məşğul olan Tərtər rayon sakini Ş.İngiliszadə və Ağdam rayon sakini X.Hacıyeva tutulublar. Onlarda ümumilikdə 50 qramdan artıq heroin və 9 qramdan artıq metamfetamin aşkar olunub. Bundan başqa, onların yaşadıqları evdən 1 kiloqramdan artıq heroin və 300 qram metamfetamin tapılıb.