Bakıda oğurluqla məşğul olan şəxs polis tərəfindən saxlanıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 25 iyun tarixində xəbər verir.
Paytaxtın Binəqədi rayonu ərazisində müxtəlif sexlərdən 2 ədəd qaynaq aparatı, elektrik naqili və kompressor, bir avtomobildən isə akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Yusifzadə saxlanılıb.
Araşdırma aparılır.