Bakıda piyadaları vurub qaçan sürücü tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Naxirliyinə istinadən 5 fevral tarixində xəbər verir.
Fevralın 2-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakinləri N.Urşanova və S.Süleymanovanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü R.Qafarov saxlanılıb.
R.Qafarov paytaxt sakinidir.
Faktla bağlı araşdırma aparılır.