Paytaxtın Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edən şəxs tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 9 sentyabr tarixində xəbər verir.
Azadlıq prospektində paytaxt sakini olan qadının boynundan 700 manat dəyərində qızıl boyunbağını dartıb qaçmaqda şübhəli bilinən Elvin Cabbarov saxlanılaraq istintaqa təqdim edilib.
Saxlanılan şəxsin törətdiyi soyğunçuluq hadisəsi və sonradan ərazidən yayınması müşahidə kameraları vasitəsilə də lentə alınıb.
O, ifadəsində törətdiyi hadisəni etiraf edib və boyunbağını satdığını deyib.
Faktla toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.