Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində quldurlar səhv mənzilə daxil olaraq ev sahibini döyüblər. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Xəzər Xəbərə istinadən məlumat verir.
4 nəfər quldur Xalq artisti Valeh və Əməkdar artist Loğman Kərimovların qardaşı Əflatun Kərimovun evinə daxil olaraq onu döyüb, daha sonra evdə narkotik axtarmağa başlayıblar. Ev sahibinin xanımı basqını görən kimi qışqıraraq qonşuları çağırmağa başlayıb. Bu zaman quldurlar hadisə yerindən qaçıblar.
Tez bir zamanda tutulan şəxslər səhv mənzilə daxil olduqlarını, düzgün bloku seçmədiklərini bildiriblər. Onlar barəsində cinayət işi başlanılıb.
Daha öncə, ötən gün 4 nəfərin Bakıxanov qəsəbəsində mənzilə daxil olaraq ev sahibini hədələmələri barədə məlumat verilmişdir.