Bakının Aeroport yolu, Qala döngəsi istiqamətində hərəkət edən 190 saylı sərnişin avtobusu arakəsməyə girərək qəza törədib. Bu haqda bu gün, 5 sentyabr tarixində Avtosfer.az məlumat verib.
Avtobus sürücüsü idarəetməni itirərək dəmir arakəsmələrə çarpılıb. İlkin məlumata görə, qəza sürücünün yatması səbəbindən baş verib.
Hadisə gecə baş verdiyindən avtobusda sərnişin olmayıb.