Bakıda avtobus qəza törədərək yoldan çıxıb. Bu haqda 5 iyul tarixində APA məlumat verib.
Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində sərnişin daşıyan 26 saylı avtobus müşahidə kameralarının yerləşdiyi dirəyə çırpılıb. Nəticədə həmin dirək zədələnib.
Qəza zamanı xəsarət alan olmayıb. Hadisənin təfərrüatları araşdırılır.
26 nömrəli müntəzəm marşrutu “Vətən” firmasının istismarındadır.
[caption id="attachment_51101" align="alignnone" width="800"]
Foto Apa.az saytı[/caption]