Paytaxtın Binəqədi rayonunda yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində məhbusa narkotik keçirmək istədilər. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az Penitensiar xidmətə istinadən xəbər verir.
Göygöl sakini Ayaz Əliyev hamam süngərində 12 qramdan artıq heroin və metamfetamin gizlədərək cəza çəkən Anar Axundova ötürmək istəyib. Onun gətirdiyi sovqata baxış keçirilən zaman narkotik maddələr aşkarlanıb.
Araşdırmalar davam edir.