Bakıda yaşlı kişi qəfil dünyasını dəyişib. Bu haqda BakuPlus.az Lent.az-a istinadən bu gün, 4 avqust tarixində xəbər verir.
Hadisə "28 May" metro stansiyası yaxınlığında baş verib.
Polis əməkdaşlarının gəlməsindən sonra araşdırma nəticəsində ölən şəxsin 63 yaşlı Urfan Kərimli olduğu müəyyən edilib.
İlkin məlumata görə, onun ölümünə ürəktutma səbəb olub.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.