Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda BakuPlus.az Lent.az-a istinadən bu gün, 23 avqust tarixində xəbər verir.
Dərnəgül qəsəbəsi, A. Gəraybəyli küçəsində yerləşən Nəsirəddin Tusi adına yataqxanada yaşayan 46 yaşlı Rövşən Rüstəmov ilə naməlum şəxs arasında mübahisə yaşanıb. Münaqişə zamanı həmin şəxs R. Rüstəmovun qarnına bıçaqla bir zərbə vurub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.