Bakıda 15 dekabr gecə saatlarında baş verən yol qəzalarında xəsarət alanlar olub.
Avtomobili idarə edən 20 yaşlı Tural Mirzəliyev Hava limanı - Bilgəh yolunda hərəkət edərkən digər avtomobillə toqquşub. Mirzəliyev və yanında olan sərnişin 20 yaşlı Əhəd Mehdiyev xəsarət alıblar. Yaralılar təcili tibbi yardımının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Daha bir yol qəzası Binəqədi rayonu Bakı-Sumqayıt yolunda baş verib. “Mercedes Gelandewagen” markalı avtomobili idarə edən sürücü yüksək sürətlə “Opel” markalı avtomobilə çırpılıb. “Mercedes”də olan şəxs xəsarət alıb, “Opel” isə deformasiyaya uğrayıb.
“Opel”in sürücüsünün sözlərinə görə, yaranan nasazlıq səbəbindən o, avtomobili saxlamış və qəza işıqlarını yandırmışdır.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
[caption id="attachment_20296" align="alignnone" width="800"]
Foto APA.az[/caption]