Bakının Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi yaxınlığında yanğın başlayıb. Bu haqda bu gün, 18 iyul tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
İlkin məlumata əsasən, yol kənarında quru ot, kol-kos və ağaclar yanır.
Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
Xəbər yenilənəcək.
15:29 -Yenilənib
Yanğın söndürülüb.