Binəqədi rayonunda Bakı-Sumqayıt sürət qatarında oğurluq olub. Bu haqda 5 fevral tarixində Report məlumat verib.
Biləcəridə yanvarın 28-də Bakı-Sumqayıt sürət qatarında Abşeron rayon sakini M.Mirəhmədova məxsus içərisində notbuk, mobil telefon, elektrik qidalandırıcısı və 3 ədəd telefon nömrəsi olan çanta oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Ş.Dənziyev saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.