Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 6 avqust tarixində BakuTV video paylaşıb.
Əsas yol ilə hərəkət edən yük avtomobili yol ayrıcına çırpılıb. Nəticədə işıq dirəklərinə və digər yol infrastrukturuna ciddi ziyan dəyib.
Hadisə nəticəsində yolda sıxlıq yaranıb. Ölən və yaralıların olub-olmaması barədə məlumat yoxdur.
Hadisənin yağışdan sonra yol örtüyünün sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir.
[caption id="attachment_56422" align="alignnone" width="800"]
Foto Baku Tv-nin saytı[/caption]