Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən yataqxanada yanğın baş verib. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Məcburi köçkünlərin məskunlaşdığı binanın elektrik naqillərində nasazlıq yaranıb. Yanğın nəticəsində bir neçə nəfər yüngül dərəcəli xəsarət alıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
[caption id="attachment_63804" align="alignnone" width="800"]
Foto Apa.az saytı[/caption]