Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində evdən oğurluq edilib. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İ.Süleymanov bir evdən 5000 AZN dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Araşdırmalar davam edir.