Binəqədi rayonunda evi qarət edən şəxslər saxlanılıblar. Bu haqda 29 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Biləcəri qəsəbəsində evlərin birindən 4125 manat pul, 2336 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Y.Mahmudlu və N.Məhərrəmov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.