Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində sərnişin avtobusu qəzaya düşüb. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
83 nömrəli sərnişin avtobusu sərnişin düşürtmək üçün dayanacaqda saxlayan zaman “Prius” markalı nəqliyyat vasitəsi yüksək sürətlə avtobusun arxasına çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
[caption id="attachment_63791" align="alignnone" width="800"]
Foto Apa.az saytı[/caption]