Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yük avtomobili qəzaya düşüb. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Teymur Qacıyev “Toyota” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman qarşıdan gələn M.Mahmudovun idarə etdiyi “Zoomlion” markalı yük avtomobili ilə toqquşub. Nəticədə 1 sərnişin və 1 sürücü olmaqla 2 nəfər hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam edir.