Bakıda bir avtomobil yanıb, digərinə isə zərər dəyib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 4 iyul tarixində xəbər verir.
Binəqədi rayonunda “Toyota” markalı minik avtomobilinin ön hissəsi yanıb. Yüksək temperatur nəticəsində digər “Toyota” markalı minik avtomobilinin buferi əriyib.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.