Paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində 3 avtomobil toqquşub. Bu haqda bu gün, 12 avqust tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
“Opel” və “Kia” markalı avtomobillər işıqforun qırmızı işığında keçərək dairəyə daxil olub və “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıblar. “Opel” markalı avtomobilin sürücüsü xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_58043" align="alignnone" width="800"]
Foto Apa.az saytı[/caption]