Paytaxtın Binəqədi rayonunda mobil telefon oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini, əvvəllər məhkum olunmuş A.Cəfərzadə adıçəkilən rayonda X.İlyasbəyovanın 1400 AZN dəyərinə mobil telefonunu oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma davam edir.