Paytaxtın Binəqədi rayonunda mağaza və evdən oğurluq edilib. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini N.Qurbanov mağazadan 570 manat pul, bir evdən 1000 ABŞ dolları və 1300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.