Paytaxtın Binəqədi rayonunda yaşlı piyadanı avtomobil vurub. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Kimliyi bilinməyən təxminən 70 yaşı olan qadın yolu keçən zaman onu 66 yaşlı Hidayət Cavanşirovun sürücüsü olduğu “Audi” markalı avtomobil vurub. Piyada xəstəxanaya yerləşdirilib, ancaq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.