Paytaxtın Binəqədi rayonunda mağaza və avtomobildən oğurluq edənlər tutulublar. Bu haqda bu gün, 27 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xaçmaz rayon sakini R.Nəsirov rayon ərazisindəki mağazadan 4000 AZN dəyərində mobil telefon və aksesuarlar, Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş S.Əhmədov isə avtomobildən 3740 AZN pul oğurlamaqda şübhəli bilinirlər.
Hər 2 faktla bağlı araşdırmalar davam edir.