Bakıda ağaclıq ərazidə yanğın baş verib. Bu haqda 12 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonu, Xocəsən dairəsinin yaxınlığında 700 kv.m sahədə quru ot və ağaclar yanıb. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb.
Ətraf ərazilər yanğından mühafizə olunub.